KÖŞƏ

Vəli İlyasov

Başqalarına it hürər, bizə çaqqal...

07 aprel 2022 01:56
1183

Adını dəyişdi, xislətini dəyişmədi

Erməni əsilsiz Okan Suvari 13 və 26 mart tarixlərində “Youtube” kanalında Azərbaycanla bağlı iki video paylaşıb. Hər iki videoda yalan məlumatlar verilib, faktlar təhrif olunub, Azərbaycanı və azərbaycanlıları  məqsədli şəkildə nüfuzdan salmağa cəhd göstərilib.

Faktyoxla saytı xəbər verir ki, əslində, videolara diqqət edilərsə, hər iki video yutuberin Azərbaycanda olmadığı, internetdə əvvəllər yayılmış videolardan, seriallardan seçmələrdən, bəzən isə Azərbaycana aidiyyəti olmayan kadr və fraqmentlərdən istifadə olunmaqla hazırlandığı sezilir. Müəllifin necə “istedad”ın sahibi olduğunu gördünüzmü?

Videolarda səslənən iddiaların əksəriyyəti köhnə, indi məzmunu tamam dəyişmiş faktlarla müşayiət olunur. Bir neçə məqamda isə müəllifin dedikləri arasında ciddi təzad var. Misal üçün, öncə Azərbaycanın turizm ölkəsi olduğunu, burada hər şeyin turistlər üçün əlçatan, sərfəli, ürəyəyatan olduğunu desə də, guya “priyom” işlədərək bir məqamda ümumiyyətlə, ölkəni turistlər üçün bahalı yer kimi təqdim edib, əks-kampaniya aparır.

Dediyimiz kimi, məlumatların əksəriyyəti yanlış və səhvdir. Məsələn, bir məqamda qeyd olunur ki, Azərbaycanda muzeylərə giriş üçün 1000 TL (100 manatdan aşağı) vəsait lazımdır. Əslində bu, bir turist şəhəri üçün normal qiymətdir, amma Bakıda bu qiymətə muzey ziyarəti tamamilə şişirdilmiş faktdır. Digər bir fakt: Müəllif qeyd edir ki, “əgər Azərbaycanlılar normal maaş alsaydılar, onlar gəlib Türkiyədə turist kimi gəzə bilərdilər”. Lakin az sonra elə Türkiyədə də qiymətlərin çox baha olduğunu və işıq-qaz tariflərinin vətəndaşların aldıqları maaşla uyğun gəlmədiyini deyir.  Belə olan halda, Bakıda olmaya-olmaya Azərbaycanla bağlı yalan və saxta məlumatlarla müşayiət olunan videolar hazırlayan, bununla da iki qardaş ölkə arasında soyuqluq yaratmaqda məqsədli görünən Okan Suvarinin kimliyi diqqəti cəlb etdi. Məlum oldu ki,  Türkiyənin Aydın şəhərində yerləşən, ölkənin məşhur kurort rayonlarından olan Kuş adasında anadan olub. Ancaq Okan Suvari əslən Qarsın Arpaçay bölgəsinin Polatköy kəndindəndir.  Məlum olub ki, bu ailə, Türkiyədə soyad qanunu çıxandan sonra erməniliyini gizlətmək üçün “Suvari” soyadını qəbul edib.  Süvarilər Polatköy kəndinə isə 1925–1930–cu illərdə ermənilər tərəfindən başladılan “Ağrı üsyanından” sonra gəlib yerləşiblər.  Əslində ailənin terrorçu üzvləri qanlı qırğınlarda iştiraklarını pərdələmək, öz bölgələrindən qaçaraq gizlənmək və izlərini itirmək üçün müxtəlif yerlərə getmişlər. Ağrı üsyanının təşkilatçılarından olan  Ərdəşir Muradyan Zilan bəy adını götürərək onu rəsmiləşdirib. Ərdəşir Muradyan Okan Suvarinin ulu babalarındandır. Ağrı qırğınlarından orada qalmağın mümkün olmadığını görüncə Suvarilər İstanbula, Egey bölgəsinin müxtəlif şəhərlərinə (İzmir, Aydın  və b.) köçüblər. O da məlum oldu ki, Okan Suvarinin əksər qohumları Qars şəhərinə gedəndə oradakı Tigran Honents erməni məbədini ziyarət edir və həmin məbədin qarşısında çəkdirdikləri fotonu öz sosial media hesablarında paylaşır, profil və örtük-fotosu edirlər. Təbii ki, it itliyini tərgitsə də sümsünməyini tərgitməz-deyiblər. Hələ bala tülkü olan Okan derderlərdən zəhər-zəhrimar dolu “dərs” alınca böyüyüb çaqqal olacaq, çünki ermənilərin hamısı belədir.

Adını dəyişmiş belələri Azərbaycanda da az deyil. Bunlardan qorunmaq üçün bizə çaqqal tələsi qurmaq düşər.