02 aprel 2022 21:34
933

İngiltərə Premyer Liqası: “Çelsi” darmadağın oldu

Futbol üzrə İngiltərə Premyer Liqasının 30-cu turunun ilk günündə 6 qarşılaşma keçirilib.

“İki sahil” xəbər verir ki, “Mançester Siti” səfərdə “Börnli”nin qonağı olub. Qonaqlar 5-ci dəqiqədə Rahim Sterlinqin dəqiq ötürməsini qola çevirib. 25-ci dəqiqəsində isə R.Sterlinq İlkay Gündoğanın vurduğu qola asisentlik edib – 0-2. Qarşılaşma bu hesabla da başa çatıb.

“Liverpul” isə öz meydanında “Vatford”u qəbul edib. Mersessayd təmsilçisi əsas rəqibi “Mançester Siti” kimi eyni hesabla qələbə qazanıb. Yurgen Klopun yetirmələrinin heyətində Diyeqo Jota (22) və Fabinyo (89) fərqləniblər.

Günün sensasiyası “Stenford Bric” stadionunda qeydı alınıb. “Çelsi” öz meydanında “Brentford”a böyük hesabla məğlub olub - 1:4.

Digər görüşlər belə nəticələnib: “Volverhemton” 2–1 “Aston Villa”, “Brayton” 0–0 “Norviç Siti” və “Lids Yunayted” 1–1 “Sauphemton”.