Bu gün Azərbaycan Premyer Liqasının 21-ci turuna start verilib.
“İki sahil” xəbər verir ki, turun açılış matçında "Qarabağ" "Səbail"i qəbul edib. Rəşad Əhmədov, Eyyub İbrahimov, Cəmil Quliyev və Elçin Məsiyevdən ibarət hakimlər briqadasının idarə etdiyi qarşılaşma saat 16:00-da “Azersun Arena”da start götürüb.
Oyunun 3-cü dəqiqəsində “Qarabağ” futbolçusu Leandro Andrade hesabı açıb. 41-ci dəqiqədə yenidən fərqlənən L.Andrade özünün və komandasının ikinci qolunu vurub. 53-cü dəqiqəsində toru silkələyən Ramil Şeydayev fərqi 3 topa çatdırıb. O, 56-cı dəqiqədə isə özünün ikinci, komandasının 4-cü qolunu vurub. “Səbail”in futbolçusu Nikolas Raysel qarşılaşmanın 62-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirərək buraxılan qollardan birinin əvəzini çıxıb. Qarşılaşmada son nöqtəni 86-cı dəqiqədə fərqlənən “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev qoyub – 5-1.
Azərbaycan Premyer Liqası
21-ci tur
2 aprel (şənbə)
16:00. “Qarabağ” 5–1 “Səbail”
Qollar: Andrade, 3 (1:0), 41 (2:0), Ramil Şeydayev, 53 (3:0), 56 (4:0), Nikolas Raysel, 62-pen (4:1), Elvin Cəfərquliyev, 86 (5:1)
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cəmil Quliyev, Elçin Məsiyev
“Azersun Arena”
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
11–13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək
Böyüklər, gənclər və yeniyetmələr arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək