02 aprel 2022 15:51
1073

Popoviç "Sumqayıt"a qayıtdı

"Sumqayıt" qapıçı Andrey Popoviçin transferini rəsmən açıqlayıb. 

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı qolkiper ilə bu mövsümün sonunadək müqavilə imzalanıb. 

Qeyd edək ki, Popoviçin son klubu "Çerkası" (Ukrayna) olub. O, 2011/12, 2013/14, 2014/15 mövsümlərində də "Sumqayıt"da oynayıb. Oyunçu 2011-12-ci illərdə milli komandamıza dəvət alıb.