Beynəlxalq Futbol Federasiyası (FIFA) 2022-ci il dünya çempionatının təqvimində dəyişiklik edib.
“İki sahil” xəbər verir ki, təşkilatın qərarı ilə çempionatın açılış matçı və başlama saatı dəyişdirilib.
Belə ki, turnirin açlış matçı noyabrın 21-də Bakı vaxtı ilə saat 14:00-da keçiriləcək və A qrupunda çıxış edən Seneqal və Niderland komandaları qarşılaşacaq.
Daha əvvəl açılış matçında eyni qrupdan olan Qətər və Ekvador komandaları qarşılaşmalı idi. Bu matç eyni gündə Bakı vaxtı ilə saat 20:00-a keçirilib.
Xatırladaq ki, ötən gün Qətərdə dünya çempionatının püşkatma mərasimi keçirilib.
Dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
11–13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək
Böyüklər, gənclər və yeniyetmələr arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək