01 aprel 2022 20:52
858

Dünya çempionatının maskotu təqdim olundu

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının maskotu təqdim olunub.

“İki sahil” xəbər verir ki,  "La'eeb" adlanan maskot final mərhələsinin püşkatma mərasimindən öncə nümayiş etdirilib.

"La'eeb" "super bacarıqlı oyunçu" mənasını verir.

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək gerçəkləşəcək.