01 aprel 2022 16:59
715

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də bürünc medal döyüşünə çıxmayacaq

“İki sahil” xəbər verir ki, Antalyada keçirilən "Böyük Dəbilqə" turnirində 66kq çəki dərəcəsində yarışan cüdoçumuz Orxan Səfərov keçirdiyi sonuncu görüşdə zədələndiyindən, milli yığmanın həkiminin tövsiyəsi və milli yığmanın baş məşqçisinin qərarına əsasən yarışın final blokunda bürünc medal uğrunda tatamiyə çıxmayacaq. İdmançımıza tezliklə sağalmasını və qarşıdakı yarışlarda yeni uğurlar qazanmasını arzulayırıq.