Voleybol üzrə Azərbaycan yığmalarının Avropa Liqasında iştirak etməməsinin səbəbi bəlli olub.
“İki sahil” xəbər verir ki, buna Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov aydınlıq gətirib.
O, AVF-nin mətbuat xidmətinə açıqlamasında milli komandaların Avropa Liqasından imtina etməsinin səbəblərindən danışıb: “Bu ilin may-iyun aylarında qadın voleybolçulardan ibarət millimizin Qızıl Avropa Liqasında, kişilərdən ibarət komandamızın isə Gümüş Avropa Liqasında iştirakı nəzərdə tutulmuşdu. Artıq komandalarımızın rəqibləri və oyunların təqvimi də dəqiqləşmişdi. Azərbaycan Voleybol Federasiyası tərəfindən bir neçə gün əvvəl Avropa Voleybol Konfederasiyasına (CEV) rəsmi formada milli komandalarımızın Avropa Liqasında iştirak etməyəcəkləri ilə bağlı müraciət edilib”.
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
11–13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək