01 aprel 2022 15:50
730

Levandovski PSJ və “Barselona”ya təklif olunub

Polşa millisinin və “Bavariya”nın futbolçusu Robert Levandovski iki kluba təklif olunub.

“İki sahil” xəbər verir ki, 33 yaşlı hücumçunun agenti ona komanda axtarmaqda davam edir.

Kristian Falk müştərisi ilə bağlı “Barselona” və PSJ ilə danışıqlar aparır. “Bavariya” rəhbərliyi agentin fəaliyyətindən xəbərdardır. Münhen təmsilçisi də müqaviləsi 2023-cü ildə başa çatacaq Roberti saxlamaq niyyətindədir.

Qeyd edək ki, hücumçu cari mövsümün 37 matçında 45 qol vurub.