01 aprel 2022 14:49
825

"Qarabağ" və "Sumqayıt" cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

“İki sahil” xəbər verir ki, tədbirdə Premyer Liqamızın 20-ci turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

"Sumqayıt"ın 4 futbolçusu "Keşlə" ilə, "Qarabağ"ın eyni sayda oyunçusu isə "Zirə" ilə səfər matçlarında sarı vərəqə ilə cəzalandırıldıqları üçün klubların hər biri 800 manat cərimə olunub.