01 aprel 2022 14:22
720

Azərbaycan millisinə 21 legioner dəvət olunub

Qadınlardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

“İki sahil” xəbər verir ki, heyətdə yer alan 23 futbolçudan 21-i ölkə xaricində legioner həyatı yaşayan oyunçulardır.

Legionerlərdən bəziləri Azərbaycan futbolunun yetirməsidirsə, bəziləri də milliləşənlərdir. Bu komanda dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində iki matça çıxacaq.

Yığmamız aprelin 7-də Bosniya və Herseqovina, 12-də isə Danimarka ilə görüşəcək. Hər iki matç səfərdə baş tutacaq.