Dünyanın ən çox maaş alan baş məşqçilərinin adları açıqlanıb.
“İki sahil” xəbər verir ki, araşdırma sırf məvacibə əsasən aparılıb.
“Böyük beşlik” ölkələrində çalışan ən yüksək ödənişli mütəxəssis “Atletiko”nun baş məşqçisi Dieqo Simeonedir. Argentinalı mütəxəssis ayda 3 milyon avrodan çox qazanır. Onu İngiltərədə fəaliyyət göstərən Pep Qvardiola və Yurgen Klopp izləyir.
Antonio Konte, Massimiliano Alleqri, Maurisio Poçettino, Karlo Ançelotti, Joze Mourinyo, Yulian Naqelsmann və Simone İnzaqi müvafiq olaraq 4-10-cu pillələrdə qərarlaşır.
1. Dieqo Simeone
Çempionatı: İspaniya La Liqa
Klubu: “Atletiko”
Ölkəsi: Argentina
Yaşı: 51
Aylıq maaşı: 3.33 milyon avro
2. Pep Qvardiola
Çempionatı: İngiltərə Premyer Liqa
Klubu: “Mançester Siti”
Ölkəsi: İspaniya
Yaşı: 51
Aylıq maaşı: 1.89 milyon
3. Yurgen Klopp
Çempionatı: İngiltərə Premyer Liqa
Klubu: “Liverpul”
Ölkəsi: Almaniya
Yaşı: 54
Aylıq maaşı: 1.49 milyon
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
11–13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək