"Barselona"nın futbolçusu Jerar Pike La Liqada "Espanyol"la keçirdikləri matçlar barədə danışıb.
“İki sahil” xəbər verir ki, o, "Marca"ya açıqlamasında bu komandaya qarşı oynamaqdan həzz aldığını deyib: “Uzun müddətdir ki, "Espanyol"un büdcəsində olduğu qədər pulum var. Mən "Espanyol"la səfərdə oynamaqdan "Real"la səfər matçlarındakından daha çox həzz alıram. Bu klub La Liqaya qayıdanda çox sevindim. Mən qələbə qazanmaq üçün meydançaya çıxmağı xoşlayıram. Gülməyə başlayırsan və rəqib azarkeşlər daha da qəzəblənirlər. Dünyada heç bir şey bununla müqayisə olunmur. "Espanyol"la oyun hətta seksdən də yaxşıdır. Bu insanların içində son illər ərzində qəzəb, nifrət yığılıb. "Real" azarkeşləri daha qonaqpərvərdirlər”.
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
11–13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək