31 mart 2022 23:05
574

Şəhriyardan növbəti dəfə heç-heçə etdi

Almaniyanın paytaxtı Berlin şəhərində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin oyunları davam edir.

“İki sahil” xəbər verir ki,  Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hikaru Nakamura (ABŞ) ilə ikinci görüşündə də heç-heçə edib.

Xallar bərabər olduğundan qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılacaq.

Yarımfinal mərhələsinin digər cavab oyununda Uesli So (ABŞ) ilk qarşılaşmada məğlub etdiyi iranlı Amin Tabatabayiyə uduzduğu üçün hesab bərabərləşib və şahmatçılar qalibi tay-breykdə müəyyənləşdirəcəklər. Qran-Prinin nəticələrinə görə, yarış iştirakçıları reytinq xalları qazanacaqlar.

Turnirə aprelin 4-də yekun vurulacaq.