FİFA-nın prezidenti Canni İnfantino dünya ölkələrini sülhə səsləyib.
“İki sahil” xəbər verir ki, o, bu barədə qurumun 72-ci konfransında danışıb. İnfantino çıxışında dövlətləri bütün münaqişələri dayandırmağa çağırıb: “UEFA ilə birlikdə təşkil etdiyimiz sonuncu Avropa çempionatı Ukrayna və Polşada keçirilib. Sonuncu dünya kuboku 2018-ci ildə Rusiyada oldu. Bu, əla idi. Amma bütün bunlar dünyadakı, hətta regiondakı problemləri həll etmədi. Mən dünyanın bütün dövlətlərinə müraciət edirəm: Xahiş edirəm, uşaqlarımız, gələcəyimiz üçün bütün münaqişələri dayandırın! Zəhmət olmasa, birləşin! Futbol buna kömək etməlidir”.
Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya hərbi müdaxilə edib. Bu səbəbdən də Rusiya DÇ-2022-dən kənarlaşdırılıb. Ölkəyə bir çox sanksiyalar tətbiq olunub və rus idmançıların yarışlarda iştirakına qadağa qoyulub.
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
11–13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək