FIFA prezidenti Canni İnfantino Rusiya Futbol İttifaqının (RFİ) qurumun üzvlüyündən çıxarılmamasına aydınlıq gətirib.
“İki sahil” xəbər verir ki, isveçrəli funksioner qurumun 72-ci Konqresində bu variantı nəzərdən keçirmədiklərini söyləyib.
O, hər kəsi birliyə dəvət edib: “Rusiya Futbol İttifaqının FIFA-dan çıxarılması variant deyil. Ümid edirəm ki, münaqişə tezliklə bitəcək. Konqreslərimiz zamanı insanları bir araya gətirə bilməsək, yaxşı olar ki, fəaliyyətimizi dayandırıb, evimizə qayıdaq”.
Qeyd edək ki, Konqresdə Rusiya ilə bağlı məsələ müzakirə olunmasa da, 3 ölkə - Pakistan, Zimbabve və Keniyanın FIFA üzvlüyü dayandırılıb.
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
11–13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək