FIFA prezidenti Canni İnfantino növbəti seçkilərdə namizədliyini irəli sürəcək.
“İki sahil” xəbər verir ki, bunu isveçrəli funksioner qurumun 72-ci Konqresində açıqlayıb.
O, gələn il keçiriləcək Konqresdə yenidən bu posta seçilmək istədiyini söyləyib: “73-cü Konqresdə seçiləcək FIFA prezidentliyinə namizədliyimi irəli sürəcəyəm. Konqres gələn ilin əvvəlində baş tutacaq. Tarix hələ təsdiq edilməyib, lakin tezliklə elan olunacaq”.
Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FIFA-ya prezidentlik edir.
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
11–13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək