31 mart 2022 14:45
570

Rus dili FIFA-nın rəsmi dillərindən biri olub

Rus dili FIFA-nın altı rəsmi dilindən biri olub.

“İki sahil” xəbər verir ki, müvafiq qərar ali futbol qurumunun Qətərin paytaxtı Dohada keçirilən 72-ci Konqresində qəbul edilib.

Federasiyalardan 187-si bunun lehinə, 4-ü isə əleyhinə səs verib.

Rus dili ilə yanaşı, portuqal və ərəb dilləri də rəsmi dil kimi qəbul edilib.

Daha əvvəl ingilis, ispan və fransız dilləri ali futbol qurumunun rəsmi dil statusunu əldə edib.