Türkiyənin regional həvəskar liqasında (BAL) keçirilən "Fırat Üniversitesi GSK" - "Bismil 1936 Gençlik ve Spor" oyununda kütləvi dava düşüb.
“İki sahil” xəbər verir ki, 88-ci dəqiqədə futbolçular arasında münaqişə yaşanıb.
Meydan sahibləri 4:1 hesabı ilə öndə olarkən insident başlayıb. Hadisəyə təhlükəsizlik əməkdaşları bibər qazı ilə müdaxilə edib. Baş hakim Elazığ təmsilçisindən 6 futbolçu, bir idarəçi, "Bismil 1936 Gençlik ve Spor" klubundan isə 10 futbolçu və bir idarəçiyə qırmızı vərəqə göstərib.
Türkiyə Futbol Federasiyası yarımçıq qalmış görüşlə bağlı qərar verəcək.
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib