"Fənərbaxça" Cənubi Koreyalı gənc futbolçu Jin-Ho Conun akademiyaya transferini rəsmən açıqlayıb.
“İki sahil” xəbər verir ki, rəhbərlik klubun akademiyasına yeni sərmayə qoyub. "Sarı-göylülər" Cənubi Koreya komandalarından olan "Jeonbuk"da çıxış edən 19 yaşlı Jin-ho Conu akademiyaya dəvət etdiklərini açıqlayıb.
Klubun rəsmi internet saytından verilən açıqlamada lisenziya problemlərinin yoluna qoyulmasından sonra futbolçu ilə həvəskar müqavilə bağlandığı bildirilib. Futbolçunun Türkiyənin U-19 millisində çıxış edə biləcəyi vurğulanıb.
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib