Lənkəranda boya-başa çatan, Azərbaycan idmanında öz yeri olan, cüdo üzrə milli komandamızın üzvü Orxan Səfərov Antalyada keçirilən “Böyük Dəbilqə” turnirində iştirak etmək üçün qardaş Türkiyəyə yollanır. Lənkəranlı idmançı burada Azərbaycanı təmsil edəcəkdir. O, 66 kiloqram çəki dərəcəsində 1-3 aprel tarixində xalça üzərinə çıxacaqdır.
Turnirdə 70 ölkənin 353 kişi və 235 qadın olmaqla 588 cüdoçusu qələbə uğrunda mübarizə aparacaqdır. “Böyük Dəbilqə” turniri isə Olimpiya oyunlarına vəsiqə qazanmaqdan ötrü təşkil olunan müsabiqədir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü