Fiqurlu konkisürmə üzrə dünya çempionatı davam edir.
“İki sahil” xəbər verir ki, Fransanın Monpelye şəhərindəki yarışın üçüncü günü qadınların sərbəst çıxışları ilə başa çatıb.
Azərbaycan təmsilçisi Yekaterina Ryabovanın çıxışı 122,98 xalla qiymətləndirilib. O, iki proqramın yekununda 188,50 xal yığıb.
Ryabova bu nəticə ilə dünya çempionatını 9-cu yerdə başa vurub. Qısa proqramda 9-cu olan konkisürənimiz mövqeyini qoruyub.