25 mart 2022 23:56
737

Millimiz Maltaya məğlub oldu

Futbol üzrə Azərbaycan milli komandası bu gün Malta milli komandası ilə yoldaşlıq oyununda qüvvəsini sınayıb.

“İki sahil” xəbər verir ki, Maltanın Ta Qali şəhərindəki Milli Stadionda keçirilən qarşılaşmanın 55ci dəqiqəsində ev sahiblərinin futbolçusu Yurge Deqabriele hesabı açıb – 0-1.

Hesab bu nəticə ilə də başa çatıb.

Qeyd edək ki, millimiz növbəti yoldaşlıq oyununu martın 29-u Latviyaya qarşı keçirəcək.

25 mart

Yoldaşlıq oyunu

22:00. Malta 1-0 Azərbaycan

Qol: Yurge Deqabriele, 55

Baş hakim: Alexandro Ernandes (İspaniya)

Malta. Ta Qali şəhəri. Milli Stadion.