25 mart 2022 23:15
692

Andrey Acius Azərbaycanla oyunda millidəki karyerasını bitirib

Malta millisinin futbolçusu Andrey Acius komandada sonuncu görüşünü keçirib.

“İki sahil” xəbər verir ki, 36 yaşlı müdafiəçi Azərbaycan yığmasına qarşı yoldaşlıq oyununda yığma ilə vidalaşıb.

42-ci dəqiqədə əvəzlənən kapitanın yerinə meydana Zak Muskat daxil olub.

Qeyd edək ki, hələlik qarşılaşmada hesab açılmayıb. Malta Futbol Assosiasiyasının prezidenti Bjorn Vassallo görüşdən əvvəl kapitana xatirə hədiyyə təqdim edib. Azərbaycanla matç təcrübəli oyunçunun yığmada 103-cü görüşü olub.