25 mart 2022 11:38
533

Millimizin qapıçısı Rusiya klubuna keçib

Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun qapıçısı Rövşən Hüseynli karyerasını Rusiyada davam etdirəcək.

Azərbaycan Futzal Federasiyasının Mətbuat Xidmətindən "İki sahil"ə verilən məlumata görə, 31 yaşlı qolkiper hazırda yerli çempionatın lideri olan “Torpedo” ilə anlaşıb.

Martın 27-də yeni klubuna qoşulacaq Hüseynli qarşıdakı 2 ay müddətində bu komandanın formasını geyinəcək.