24 mart 2022 22:01
524

Kvaratsxeliya yeni klubu ilə müqavilə bağladı

Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliyanın Batumi "Dinamo"suna keçidi rəsmiləşib.

"İki sahil" Gürcüstan klubunun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, ötən gün Xviçanın "Rubin"dən ayrıldığı açıqlanıb. O, Rusiyada oynadığı üçün ölkəsində ailəsi təhdid olunurdu. Rusiyanın Ukraynada apardığı müharibəyə görə Gürcüstanda Xviçanın Kazan təmsilçisində oynamasını istəmirdilər