24 mart 2022 21:32
690

Malta ilə oyunu buraxacaq

Milli komandamız sabah Malta ilə yoxlama oyunu keçirəcək.

“İki sahil” xəbər verir ki, yığmamızın yarımmüdafiəçisi Namik Ələskərov bu görüşü buraxacaq.

Zədədən əziyyət çəkən "Bursaspor"un futbolçusu kollektivdən ayrı, fərdi olaraq hazırlaşır.

Namikin martın 29-da Latviya ilə keçiriləcək yoxlama matçına hazır olacağı gözlənilir.