“Altay”ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə Superliqası təmsilçisini Sinan Kaloğlu çalışdıracaq. 40 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Kaloğlu bu vəzifədə Serkan Özbaltanı əvəzləyib.
Qeyd edək ki, “Altay” hazırda Superliqanın turnir cədvəlində 29 xalla 17-cidir.