24 mart 2022 19:28
447

DÇ-2022-nin daha bir iştirakçısı müəyyənləşdi

Qətərdə keçiriləcək DÇ-2022-yə daha bir ölkə vəsiqəni təmin edib. 

“İki sahil” xəbər verir ki, Yaponiya Mundialda iştirak etmək hüququ qazanıb. Komanda buna seçmə mərhələnin 9-cu turunda səfərdə Avstraliyaya qalib gəlməklə nail olub. 

Yaponiya rəqibini 2:0 hesabı ilə üstələyərək B qrupunda xallarının sayını 21-ə çatdırıb və yarışa birbaşa vəsiqəni təmin edib.