PSJ-nin hücumçusu Kilian Mbappe Fransa millisinin sponsorluğunda iştirakdan imtina edib.
"İki sahil" "RMC Sport",a istinadən xəbər verir ki, tərəflər bir sıra mühüm məsələlərdə razılığa gələ bilməyiblər. Mbappe fransız futbolçuların imic hüquqlarından istifadə qaydalarına dəyişiklik edilməsini istəyir. Hazırda 2010-cu ildə imzalanmış müqavilədən istifadə olunur.
Learn More
23 yaşlı oyunçu müqaviləsi olmayan sponsorların reklamı üçün adının hallanması ilə razılaşmır. Mbappe yığmanın əməkdaşlıq etdiyi bəzi brendləri də bəyənmir.