İngiltərə Premyer Liqasında bu mövsüm geridə qalan 30 turundan sonra turnirin ən sürətli futbolçusunun adı dəyişib.
"İki sahil“ "Opta”ya istinadən xəbər verir ki, bu göstəricidə ilk pilləyə "Çelsi"nin müdafiəçisi Antonio Rüdiger yüksəlib. Onun 24-cü turda "Brayton"la oyunda (1:1) sürəti 36,7 km/saata çatıb. Bununla da almaniyalı oyunçu bu mövsüm maksimal sürəti 36,6 km/saat olan Məhəmməd Salah (“Liverpul”) və qış transfer pəncərəsində “Vulverhempton”dan “Barselona”ya keçən Adamu Traoredən üstün olub.
Xatırladaq ki, Rüdiger 2017-ci ildə "Roma"dan "Çelsi"yə keçib. 29 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 26 matçda 2 qol vurub.