24 mart 2022 12:28
623

"Mançester Yunayted"in qapıçısı karyerasını başa vurdu

"Maçester Yunayted"in qapıçısı Pol Vulston gənc yaşında karyerasını başa vurmaq məcburiyyətində qalıb.

"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı oyunçu zədə səbəbindən bu addımı atmalı olub. O, zədə problemlərindən qurtulmaq üçün iki dəfə əməliyyat olunsa da, bu, Vulstonun yaşıl meydanlara qayıtmasına kömək etməyib.

Qeyd edək ki, Vulston 2018-ci ildə “qırmızı şeytanlar”a keçib və U-23-də çıxış edib. O, əsas komanda ilə də müntəzəm məşq etsə də, debüt edə bilməmişdi