İngiltərədə daha iki veteran futbolçunun adı Premyer Liqanın "Şöhrət zalı"na daxil edilib.
"İki sahil" xəbər verir ki, bunlar "Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi və "Arsenal"ın keçmiş yarımmüdafiəçisi Patrik Vieyradır.
Qeyd edək ki, daha əvvəl "qırmızı şeytanlar"dan Devid Bekhem, Erik Kantona və Roy Kinin, "topçular"dan isə Tyerri Anrinin adları "Şöhrət zalı"na salınıb.