23 mart 2022 13:07
537

Şəhriyar Məmmədyarov Berlində ilk görüşünü keçirib

Şəhriyar Məmmədyarov FIDE Qran-prisinin Berlində təşkil olunan 3-cü mərhələsində ilk görüşünü keçirib.

“İki sahil” xəbər verir ki,  B qrupunda yer alan qrosmeysterimiz almaniyalı Vinsent Keymerlə üz-üzə gəlib. Partiya heç-heçə başa çatıb.

​Qrup mərhələsində bütün iştirakçılar bir-biri ilə iki partiya oynayacaq. Yekunda ilk yeri tutan iştirakçılar yarımfinala vəsiqə qazanacaq.