Yoldaşlıq oyunları keçirmək üçün Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
"İki sahil" AFFA-nın saytına istinadla xəbər verir ki, matçın 90+3-cü dəqiqəsində penaltidən fərqlənən rəqib komanda yekunda 1:0 hesablı qələbə qazanıb.
Komandalar arasında növbəti oyun martın 24-də keçiriləcək.