Misirin paytaxtı Qahirədə kişi və qadın idman gimnastikası üzrə dünya kuboku yarışları keçirilib.
"İki sahil" Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda ölkəmizi Cavidan Babayev, Nikita Simonov, Samirə Qəhrəmanova və Milana Minakovskaya təmsil ediblər.
Kişi idman gimnastikası üzrə yığma komandamızın üzvü N.Simonov təsnifat mərhələsində halqalarla çıxışına görə finala adlasa da, həlledici mərhələdə səkkizinci olub.