23 mart 2022 01:48
574

İtaliya klublarından Rusiyada oynayan legionerlərə qadağa

Rusiya Premyer Liqasında çıxış edən əcnəbi futbolçular A seriyası klublarına keçə bilməyəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. FİFA-nın Rusiyada oynayan futbolçuların ölkəxaricindən kənar klublara keçməsi ilə əlaqədar qadağaları götürməsinə baxmayaraq, A seriyası klubları Rusiyada oynayan legionerlərlə müqavilə imzalamayacaqlar.

Qeyd edək ki, fevralın 24-də Ukrayna ilə müharibəyə başladıqdan sonra Rusiya idmançılarına, bu ölkədə fəaliyyət göstərən bütün idmançılara qadağalar qoyulub.