21 mart 2022 19:19
1024

Şəhriyar Məmmədyarov Berlin Qran-Prisində

Martın 21-də Almaniyanın paytaxtı Berlində FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi start götürür.

“İki sahil” xəbər verir ki,  yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da iştirak edəcək. Təmsilçimiz B qrupunda Leyner Dominqes (ABŞ), rusiyalı Daniil Dubov və almaniyalı Vinsent Keymerlə mübarizə aparacaq.

Turnirdə ümumilikdə 16 şahmatçı iştirak edəcək.

Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Oynadıqları iki turnirdə ən çox xal yığan iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq.