21 mart 2022 09:52
681

Xavi "Barselona"nın tarixinə düşdü

İspaniya "Barselona"sının baş məşqçisi Xavi Ernandes klubun tarixinə düşüb.

“İki sahil” xəbər verir ki,  42 yaşlı mütəxəssis Kataloniya təmsilçisinin sükanı arxasında ilk El-Klasikoda 4 top fərqi ilə qələbə qazanan ikinci mütəxəssis olub.

İspaniyalı bu göstərici ilə 1958 - 1960 və 1979 - 1981-ci illərdə komandaya rəhbərlik etmiş Elenio Erreranın nəticəsini təkrarlayıb.

Qeyd edək ki, "Barselona" ötən gün La Liqanın XXIX turunda səfərdə "Real Madrid"i darmadağın edib.