21 mart 2022 01:12
708

"Tottenhem" "Vest Hem"i xalsız yola saldı

İngiltərə Premyer Liqasının 30-cu turunda "Tottenhem" "Vest Hem"i qəbul edib.

"İki sahil" xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Tottenhem" 3-1 "Vest Hem"
Qollar: Zuma, 9-avtoqol (1:0), Min, 24 (2:0), Benrahma, 35 (2:1), Min, 88 (3:1)

Bu qələbə ilə xalını 51-ə yüksəldən "Tottenhem" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Vest Hem" 48 xalla 7-cidir. Siyahıya 70 xalla "Mançester Siti" başçılıq edir.