20 mart 2022 12:50
841

Azərbaycan millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlandı

Futbol üzrə Azərbaycan millisinin Malta və Latviya ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

“İki sahil” AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, baş məşqçi Canni De Byazi 24 oyunçuya dəvət göndərib.

Qeyd edək ki, Azərbaycan yığması martın 25-də Malta ilə, 4 gün sonra isə Latviya ilə üz-üzə gələcək. Hər iki görüş Maltadakı Milli Stadionda gerçəkləşəcək.