20 mart 2022 13:58
674

Qabriel Jezus üçün 65 milyon funt sterlinq

Braziliya millisinin və İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Qabriel Jezus karyerasını İtaliyada davam etdirə bilər.

“İki sahil” "Daily Star" nəşrinə istinadla xəbər verir ki, "Yuventus" 25 yaşlı hücumçu ilə maraqlanır.

"Şəhərlilər" yay transfer dönəmində Almaniyanın "Borussiya" (Dortmund) klubunda çıxış edən Erlinq Holannı alsa, Turin təmsilçisi Jezus üçün danışıqlara başlayacaq. "Qoca sinyora" forvard üçün "Mançester Siti"yə 65 milyon funt sterlinq təklif edəcək.

Qeyd edək ki, Qabriel Jezus 2017-ci ildən "Mançester Siti"də çıxış edir.