19 mart 2022 17:29
802

Azərbaycan idman sahəsində böyük uğurlar əldə edir

Bu gün Azərbaycanda idman uğurla inkişah etməkdədir. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. İdmana göstərilən qayğı, maddi-texniki bazanın  möhkəmləndirilməsi, müasir komplekslərinin tikilməsi və digər tədbirlər nəticəsində artıq ölkəmiz, mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Son illərdə paytaxtda və Azərbaycanın regionlarında ən nüfuzlu beynəlxalq yarışlar təşkil olunmaqdadır. Azərbaycan həm də beynəlxalq idman qurumlarının rəğbətini qazanıb. Məhz elə bu səbəbdəndir ki,beynəlxalq idman təşkilatlarının rəhbərləri yarışlarda yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycanı nümunə kimi təqdim edirlər.

44 günlük tarixi zəfərimizin bəxş etdiyi əminlik, idmançılarımıza əlavə güc və stimul verdi. Prezident İlham Əliyevin də söylədiyi kimi”Azərbaycan idmançıları bu gün beynəlxalq arenalarda müzəffər xalqın,qalib dövlətin təmsilçisi kimi çıxış edir”. İdmançılarımızın qarşısında duran əsas vəzifə isə dövlətimizin şöhrətini hər zaman yüksəklərdə  saxlamaq, qalib Azərbaycanın nüfuzunu daha da möhkəmləndirməkdir.

Ölkə Başçımız 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş Avropa çempionatında ölkəmizi layiqincə təmsil edən güləşçilərimizlə  görüşü zamanı, bundan sonra da Azərbaycanın idman sahəsində liderliyini  qoruyub saxlamasını əsas vəzifə kimi qarşıya qoyub.

Sevindirici haldır ki, işğaldan azad edilmiş torpaqlarda da idmanın inkişafı əsas istiqamətlərdən biridir. Stadionlar, idman kompleksləri və digər idman qurğuları azad edilmiş şəhər və rayonların  baş planlarında da öz əksini tapır. Bu isə gələcəkdə ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcək peşəkar idmançıların yetişməsinə zəmin yaradır. Ölkə Başçımız İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçildiyi vaxtdan qarşıya qoyduğu əsas vəzifə idmançılara şərait yaratmaq və onlardan nəticə gözləmək idi. Bu gün bu iki əsas amil idman sahəsindəki böyük uğurlarımızın əsasını təşkil edir.

Gündüz Alıkişiyev,

YAP Tərtər Rayon Təşkilatının əməkdaşı