19 mart 2022 15:35
1029

Masallı cüdoçuları   fəxri kürsüdə

Cənub bölgəsində idmanın güləş növlərinə daha çox maraq göstərilir. Respublika, Avropa, Dünya çempionatlarda  bölgənin idmançıları qazandığı gözəl nəticələrlə idman həvəskarlarını  sevindirə bilirlər. Bu günlərdə Masallı Olimpiya İdman kompleksində  yeniyetmələr  arasında cüdo üzrə  bölgə birinciliyi keçirilib. Cənub regionunun 8 şəhər və rayonunu təmsil edən 9 komandadan  81 yeniyetmə  cüdoçü  qələbə uğrunda  xalça üzərinə çıxıbdır. Yarışlara ev sahibliyi edən  Masallı idmançıları  gərgin keçən mübarizədə  yaxşı nəticə  əldə edərək fəxri kürsünün  birinci pilləsinə qalxıblar.

 Cüdo Federasiya  Prezidentinin müşaviri Natiq Bağırov, Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sadiq Cahangirov  qalib cüdoçular qələbə münasibətilə təbrik etmiş, yarışa qatılan bütün idmançılara gələcək yarışlarda uğurlar arzulayıblar.

 Sonda  qalib idmançılara  diplom və medallar  təqdim olunubdur.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü