KÖŞƏ

Vəli İlyasov

Ermənistan faşist svastikası altında uçuruma gedir

17 fevral 2022 01:36
927

Vaxtilə deyiblər ki, buynuz daşımaq öküzün qismətinə düşüb. Nanəcib ermənilərin isə qismətinə sağalması mümkün olmayan xəstəlik yazılıb. Bunlar dünyaya varid olandan ta bu günə qədər gözləri özgələrin torpağında qalıb və bu torpaq xəstəliyindən qurtula bilmirlər. Vaxtilə yurdsuz, evsiz-eşiksiz olan, babalarımızın at tövlələrində yatan ermənilər yüz hiylə işlədərək onlardan torpaq payı alıb onu genişləndirərək kiçik bir dövlət də qurdular, amma ac gözləri yenə doymadı. 2020-ci ilin sentyabrınadək bu iştaha ilə yaşadılar. Ancaq həmin ilin sentyabrında “yeni ərazilər uğrunda” başladıqları müharibə dişlərini sındırsa da onlara dərs olmadı. Orduları darmadağın edildi, özləri isə yaman günə qaldılar. Bununla belə sülhə gəlmək fikrində ardıcıl deyillər, yəni “gah nala, gah da mıxa” vururlar.

Azərbaycan isə əksinə, İrəvan üçün barışıq qapısını hələ ki açıq saxlayır. Təəssüf ki, bir sıra erməni siyasi çevrələrində, deyəsən, bunu yanlış anlamağa, hətta rəsmi Bakının zəifliyi və özlərinin təzədən hərbi istiqamətdə toparlanmaq fürsəti kimi yozmağa başlayıblar. Təhlükəli gözləntidir. Ona görə ki, Azərbaycan lideri həmişə xəbərdarlıq edib və edir ki, əgər Ermənistanda ölkəmizə, xalqımıza qarşı təzədən təhlükə baş qaldırsa, revanşistlər fəallaşsa, dərhal və yerindəcə məhv ediləcəklər. Buna kimsənin şübhəsi olmasın. Təəssüf ki, rəsmi İrəvanın sülh ritorikası ikibaşlı olaraq qalır. Paşinyan hökuməti bir yandan sülhün və qonşularla barışığın vacibliyindən danışırsa, digər yandan bölgədə sülhü və uzunmüddətli barışığı mümkünsüz edən mövqe nümayiş etdirir, Azərbaycanla sülh müqaviləsini aparıb “artsax məsələsi”nin “həlli”nə bağlayır, mifik “Dağlıq Qarabağ xalqı” üçün “öz müqəddəratını təyinetmə” prinsipini tanımağı şərt kimi irəli sürür.

Eləcə də Türkiyə ilə münasibətlərin normallaşması üçün rəsmi İrəvan ənənəvi anormal yanaşmasını davam etdirir. Ermənistan rəsmiləri az qala hər gün bəyan edirlər ki, sərhədlər heç bir şərt irəli sürülmədən açılmalıdır. Yəni, belə çıxır ki, ikitərəfli münasibətlər düzələndən, diplomatik əlaqələr qurulandan sonra da Ermənistan Türkiyəyə qarşı ərazi və “soyqırımı” iddialarını davam etdirəcək. Xatırladaq ki, həmin iddialar məğlub ölkənin hazırkı konstitusiyasında və hətta gerbində də əksini tapıb.

Ancaq yaddan çıxarırlar ki, əgər Ermənistan qonşu Türkiyənin də ərazisinə haqsız yerə göz dikibsə, üstəlik, qonşunu “soyqırımında” günahlandırıb böyük məbləğdə təzminat tələb edirsə  bu ölkələr arasında necə normal münasibətlər qurula bilər? Demək, Ankara-İrəvan ikitərəfli danışıqlarının hansısa mərhələsində mütləq bu məsələ ortalığa gələcək. Aydın görünür ki, sülhü əngəlləyən əsas problem də Bakı və Ankara ilə yox, məhz İrəvanla bağlıdır, onun barışıq haqqında yanlış təsəvvürü və illüziyası ilə əlaqədardır. Ermənistanın arzuladığı “sülhü” isə heç kim ona verməyəcək, o vaxta qədər ki, beynəlxalq hüquqa hörmət etməyi, qonşularla dinc yanaşı yaşamağı öyrənəcək, imkanları ilə xam xəyalları arasında böyük uçurumun olduğunu anlayacaq. Vəziyyət onda düzələcək ki, bir ovuc erməni toplumuna bəlalar gətirən, böyük güclərin əlində Türkiyəyə qarşı alət rolu oynayan saxta “erməni soyqırımı” iddiasından birdəfəlik imtina edəcək. Bu, əlbəttə, yüz ildən artıq boş iddialarla yaşayan bədxah qonşularımız üçün çətin olacaq. Ancaq erməni sürüsünün, Ermənistanın başqa yolu varmı? Xeyr. Təəssüf ki, bunu anlayanlar hələ ki azlıqdadır. Erməni əsilli tanınmış ukraynalı tarixçi alim Filip Ekozyants kimi. O, bildirir ki, “Ötən əsrin 40-cı illərində”soyqırımı"nın qurbanı olduğumuz barədə bizə məlumat verilən andan biz normal insan həyatı yaşamağı tərgitmişik. Çünki o andan biz həyatımızı “soyqırımı”nın tanınmasına həsr etdik. Biz sanki bu sözə yapışıb qalmışıq və bu söz bizi özü ilə hər yerə sürükləyir. Tarix qan, qada, göz yaşı ilə doludur. Amma əgər başqa xalqlar öz kədərli keçmişlərindən çoxdan çıxıblarsa, biz, əksinə, onun daha dərinliyinə yuvarlanırıq".

Filip Ekozyantsın sözlərinə görə, erməni tarixçilərinin guya soyqırımının baş verdiyini dünyaya sübut etmək üçün gətirdikləri faktlar inandırıcı fakt deyil: “Bəli, insanlar öldü. Ermənilər türklərin, türklər ermənilərin, türklər və ermənilər kürdlərin əlindən öldü və s. Amma qarşımıza məqsəd qoysaq ki, bu fəlakətin səbəbini tapaq, o zaman biz Osmanlı dövlətinin dağıdılmasında iştirak etmiş, Birinci Dünya müharibəsi zamanı Osmanlı İmperiyasının düşmənlərinə - Avropa dövlətlərinə işləyən ermənilərin üstünə gəlib çıxacağıq. Və bu bir neçə erməni siyasətçi nəslinin qazanc əldə etməyə çalışdığı qaranlıq bir tarixçədir”, - deyə o, qeyd edib.

Təəssüf ki, həqiqəti görən və etiraf edən bu cür ermənilər azdır. İndi havalanmış başlarının üzərinə faşist svastikası qaldırmış və beyinləri zəhərlənmiş ermənilər daha çoxdur. Başa düşmürlər ki, yetmiş yeddi il əvvəl onu başları üstündə gəzdirənlər ölkələri ilə bərabər yerlə-yeksan oldular. Belə dəhşətli bir aqibət Ermənistanı da gözləyir.