KÖŞƏ

Vəli İlyasov

Sevinc Osmanqızı ermənilərə nə qədər eşq-məhəbbət elan etsə də...

11 dekabr 2021 01:59
1469

Azərbaycan mediasının qara yarası olan Sevinc Osmanqızı arzulayır ki, kaş onun dövlət başçısı Nikol Paşinyan olaydı. Amma qəm yemə, bu, bitməz arzu deyil, Sevinc xanım. Erməniliyi, Ermənistan vətəndaşlığını qəbul et, Paşinyan da sənin rəhbərin olsun. Ermənilər səni can-başla öz sıralarına götürərlər, çünki neçə ildir ki, elə ermənilər görən işi görürsən, onların sifarişlərini yerinə yetirirsən, şeytanla ermənilərin dəyirmanına su tökürsən.

Ancaq Sevinc Osmanqızı ermənilərə nə qədər eşq-məhəbbət elan etsə də qiyməti qalxan deyil. Çünki Ermənistanın oyununda Sevinc və onun kimiləri olsa-olsa mikroskopik vintcikdir. Sevincin isə məqsədi “alova bir saman çöpü” atmaqla öz münasibətini bildirib pul qazanmaqdır. Onu buna vadar edən nədir? Hələlik bunu bir kənara qoyaq və əsl mətləbə keçək.

Erməni politoloqları bir müddət əvvəl iddia edirdilər ki, 15 dekabrda Brüsseldə baş tutacaq görüşdə Azərbaycana təzyiq imkanı yaradılmasına xüsusi hazırlıq bir neçə ay əvvəldən başlayıb. Təbii ki, burada əsas məqam “demokratiya”, “insan haqları”, “daxili narazılıq”, “ölkədə müxalifətə zorakılıq” məsələləri ön plana çıxarılır. Qara piarın icraçıları bu planın yerinə yetirilməsi üçün gərgin “iş” görmüşlər.

Erməni diasporu bu məsələdə külli miqdarda vəsait xərclədiyini də təəssüflə bildirilmişdi və Soçi görüşünün bu planlara ciddi zərbə vurduğu bildirilmişdi. Ancaq görünən odur ki, proses daha sürətlə davam edir və bu prosesdə “azərbaycanlı mühacir” adlı ünsürlərdən, digər muzdlu xəyanətkarlaradan da istifadə edilir. Belə ki, dekabrın 1-də Bakıda Tofiq Yaqublunun timsalında “insan haqları” pozulur və həmin gün bu quraşdırılmış olay tez-tələsik Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunun 13-cü Assambleyasında gündəmə çıxarılır. İlqar Hüseynli adlı bir şəxs bu tədbirdə, Qubad İbadoğlu isə bu “insidenti” əldə dəstəvuz tutaraq digər beynəlxalq tədbirdə Bakıya  ittihamlar yağdırırlar.

Bundan başqa, konkret cinayətə-qrant maxinasiyalarına görə Bakıdan qaçan Emin Hüseynli məhz indi AŞPA-ya Azərbaycan Ordusundan şikayət edir. O şikayətdə nələr var və niyə məhz Ordumuzdan şikayət edilir? Məlum deyil. Ancaq Azərbaycan Ordusunun hədəf alınmasının olduqca məkrli səbəbləri olduğu məlumdur.

 Yay aylarından başlayaraq 2017-ci ildə baş verən “Tərtər işi” ilə bağlı Avropada sığınacaq tapan bəziləri böyük kampaniyalara başlayıblar. Vaxtaşırı olaraq o cinayət işində baş verən pozuntular ən dəhşətli çalarları ilə gündəmə daşınır, təhqirə və işgəncələrə məruz qalanlar danışdırılır və onların çıxışları bütün sosial platformalarda böyük pullar hesabına reklam edilir. Bu kampaniyanın nəticəsi olaraq və məhz 15 dekabr Brüssel görüşündən əvvəl o işgəncələrdə həlak olan hərbçilərin valideynlərinin aksiyası təşkil edilir. Nəhayət, bu proseslər fonunda radikal müxalifətin “Tereza anası” və “media qapısı” Sevinc Osmanqızı nöqtəni qoyur, yəni Nikol Paşinyana sevgisini ünvanı bilinməyən cəsarətlə məşhuri-cahan edir...

Bütün bunlar kortəbii, daxili problemlərdən qaynaqlanan proses deyil: sistemlidir, kompleks tədbirlərdir və bir ideya mərkəzindən idarə olunur. Yoxsa durub qəfildən Azərbaycan Ordusuna qarşı iddia qaldırmaq Emin Hüseynlinin haradan ağlına gəlsin ki? Onu buna vadar edən nədir və haradan qaynaqlanır?

Sualın cavabı sadədir. Həmin an açıq görünür ki, bu adamların hamısı Azərbaycanın uğurlarını gözü götürməyən, üstəlik də onun düşmənlərinə canı-dildən qulluq edən pul hərisləridir. Sevinc Osmanqızı niyə demir ki, Azərbaycandan gedib okeanın o tayında açdığı telekanalı hansı pullar hesabına formalaşdırıb. Azərbaycandan apardığı pullardırsa, bəs onda niyə deyir ki, acından ölürük, yox əgər ABŞ-da veriblərsə nəyə görə veriblər? Açıqlasın!

Sevinc xanım Nikol Paşinyandan atasının qatillərinin tapılmasını tələb etmək əvəzinə ona məhəbbət mesajı göndərməsinin adı nədir? Əgər belədirsə onda qoy gedib Ermənistan vətəndaşlığını qəbul etsin və soyadını da dəyişdirib Mirzoyan etsin, biz də görək ki, kişi qızı kimi mövqeyini qətiləşdirdi. Azərbaycan torpağı satqın yetişdirmir, təmiz qanlı azərbaycanlı canını Vətəninə qurban verməyi özünə, nəslinə şərəf bilir. Görünür, Sevincin qanında qarışıq var. Əgər belə olmasaydı atasının uğrunda həlak olduğu müqəddəs Azərbaycan torpağını əziz tutardı, torpaqlarımızın azadlığı üçün başqalarından beşqat artıq qeyrət göstərərdi. Daha adının qarşısına “satqın” və “xəyanətkar” epitetləri yapışdırmazdı. Nə deyək, təsəllimiz ona qalır ki, “Meşə çaqqalsız olmur.”