KÖŞƏ

Vəli İlyasov

Bu Paşinyan xəstədi, dəlidi, nədi?

26 avqust 2021 00:58
1258

Ermənistanın baş naziri Nikol Paşinyanın bütün planları, düşüncələri, hərəkətləri və sözləri bu sualı qarşıya qoymağa  əsas verir. Bir-birinə tamamilə zidd olan fikirlər söyləməklə özünün ortabab ağıllı ermənidən də aşağı səviyyədə olduğunu nümayiş etdirir. Cəmi on ay əvvəl “Yeni müharibə, yeni ərazilər” deyib bağıran Paşinyan indi sülhdən danışır. Düşünməyin ki, o, ağıllanıb. Xeyr, Nikol heç də ağıllanmayıb, sülhdən danışmağa onu “dəmir yumruq” məcbur edir. Ancaq görünür hələ də şokdan ayılmadığı üçün danışdıqları ilə əməlinin zidd olduğunun fərqinə varmır. Sülhdən dəm vurduğu halda Ermənistan ordusu hər gün mövqelərimizə atəş açır, nəticədə hər iki tərəfdən ölən və yaralananlar olur. Görün indi o nələr danışıb.

“Rəsmi İrəvan Dağlıq Qarabağla bağlı konstruktiv danışıqlara hazırdır”. Gülüş doğuran bu sözləri  Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentindəki çıxışında deyib. Onun sözlərinə görə, Ermənistan hökuməti ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində danışıqlar prosesinin bərpasını vacib hesab edir.

On ay keçəndən sonra baş nazir nədənsə  həmsədrlərin 10 noyabr üçtərəfli bəyanatını alqışladıqlarını da deyib. Paşinyan münaqişənin qeyri-hərbi yolla, danışıqlar vasitəsi ilə “xalqların öz müqəddəratını təyin etmək hüququ” və “ərazi bütövlüyü” prinsipləri əsasında həll edilməli olduğunu bildirib. O, Ermənistanın ən yüksək səviyyədə danışıqlarda iştirak etməyə hazır olduğunu və konkret təkliflər gözlədiyini söyləyib.

Bütün bunları eşidəndə adamı lap təəccüb bürüyür. Düşünürsən ki, görəsən bu adamın bədəni bilirmi başı nə danışır? Yəqin bilmir, bilsə özünü belə düşük və yaddaşsız aparmazdı. İnsan nə qədər həyasız olmalıdır ki, bütün dünyanın gözü qarşısında baş verən biabırçı məğlubiyyəti dansın, tanklarının, toplarının, əsgərlərinin modellərinin  Bakıda hərbi qənimətlər parkında nümayiş etdirildiyini belə tez unutsun? Sayıqlamaları sübut edir ki, “erməni xəstəliyi” ilə bərabər bu adamın bir neçə yanaşı pis xəstəlikləri də var.

Belə çıxır ki, Ermənistanın özünü axmaq rolunda aparan  rəhbəri artıq Qarabağ münaqişəsinin çoxdan həll olunduğunu yaddan çıxarıb. Minsk qrupunun otuz illik fəaliyyətsizliyindən sonra öz torpaqlarını işğaldan azad edən Azərbaycan üçün Paşinyanın dilə gətirdiyi “status məsələsi” də tarixin arxivində qalıb. Azərbaycan Prezidentinin “yoxdur status”, “gorbagor oldu status”, “tarixin zibilliyinə atdıq statusu” sözləri Paşinyanın qulaqlarında bomba kimi partlayanda qorxusundan səsini çıxara bilmirdi. Generallarının, polkovniklərinin arvad paltarı geyinib Qarabağda döyüşdən qaçdıqlarını necə dana bilər? Yadından nə tez çıxarıb kapitulyasiya aktını hansısa zirzəmidə imzaladığı? Üzə çıxmırdı, harada gizləndiyini bilən yox idi. Ara sakitləşəndən sonra bir az nəfəs dərən Paşinyan indi dil açıb. Onun ən yaxın tarixin həlledici hadisələrini təhrif etməyə çalışması isə ənənəvi erməni məkridir.

Paşinyan anlamalıdır ki, vurğuladığı “konstruktiv danışıqlar” indi Ermənistan ordusunun Qarabağda qalan hissələrinin çıxarılması, Zəngəzur dəhlizinin açılması, sərhədlərin müəyyənləşdirilməsi və s. məsələlər haqqında ola bilər. Ac toyuq yuxusunda darı gördüyü kimi, Paşinyan hər gün yuxuda həsrətində olduğu və əlinin çatmadığı Qarabağı görür. Hətta Ermənistan ictimaiyyətinin tanınmış nümayəndələri istehza ilə deyirlər ki, Nikol Paşinyan daha Qarabağa səfərə getməyə cəsarət etmir, çünki İlham Əliyev buna icazə vermir. Paşinyan özü də yaxşı bilir ki, əvvəlki dərəbəyliyə son qoyulub, meymun kimi oynadığı Cıdır düzünün sahibi gəlib. Ancaq gülməli və acınacaqlıdır ki, Paşinyan özünü məğlub yox, qalib dövlətin başçısı kimi aparır, yersiz ifadələr işlədir, şərtlər qoyur, mənasız planlar cızır, bir sözlə Don Kixotluq edir.  Onun dörd il davam edən rabitəsiz və məntiqsiz planları və fikirləri soruşmağa əsas verir ki, bu Paşinyan xəstədi, dəlidi, nədi? Digər tərəfdən də düşünürsən ki, yəni Ermənistanda Paşinyandan ağıllısı tapılmır? O, Ermənistanı bir dəfə ağır məğlub vəziyyətinə salandan sonra qəribədir ki, erməni toplumu yenə də yığışıb onu baş nazir seçdi. Görünür, bundan dərrakəlisini tapa bilmirlər. Kor atın kor nalbəndi olduğu kimi, ermənilərin  kor nalbəndi gicbəsər Nikol Paşinyandır. Bu, onu göstərir ki, ermənilər yalnız qoltuqda yaşaya bilirlər, indi qoltuqdan aralı düşdüklərinə görə heç nəyə qadir olmadıqları üzə çıxıb. Ona görə də indi Rusiyada bir çox tanınmış adamlar Ermənistanı dünyanın “otxod” milləti adlandırmaqda səhv etmirlər.