KÖŞƏ

Vəli İlyasov

15 iyul 2021 18:10
1685

Türkün izi silinməzdir!

“İşğal dövründə Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndləri, bütün mədəni və dini abidələri qəsdən dağıdıb. Hətta qəbiristanlıqlar yerlə-yeksan edilib”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransında videoformatda təqdim olunan çıxışında deyib. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanın əsas məqsədi əsrlər boyu həmin ərazilərdə yaşamış azərbaycanlıların izini silmək olub.

Bəli, ermənilər Azərbaycan torpaqlarına gətirildikləri ilk günlərdən bu cür mənfur əməllərlə məşğuldurlar. 160 il əvvəl çar Rusiyasının himayəsi ilə köçürülüb məskunlaşdırldıqları Qərbi Azərbaycanda, yəni indiki  Ermənistan ərazisində və Qarabağda bütün toponimlərin adlarını erməniləşdirməyə, Azərbaycanın izini itirməyə girişdilər. İrəvanı Yerevan, Göyçəni Vardenis, Hamamlını Spitak, Əzizbəyovu Yexeqnadzor, Dəvəlini Noyemberyan adlandırmaqla bütün şəhər və kəndlərimizin, dağ, dərə, təpə, çay, bulaq, meşə, düzənlik və yaylaqların adlarını dəyişdilər.

Rusiyada Vladimir Leninin başçılıq etdiyi bolşevik hökuməti çar II Nikolayın ermənilərə çatdırıb edə bilmədiyi köməyi etdi. Bolşeviklərin təkidi və təzyiqi ilə Azərbaycanın qərb torpaqlarında tarixdə ilk qondarma erməni dövləti yaradıldı. SSRİ-dəki xalqlar üzərində tiranlıq edən müstəbid İosif Stalinin, Anastas Mikoyanın, Qriqori Orconikidzenin və digərlərinin himayə etdikləri Ermənistan rəhbərləri 1948-53-cü illərdə orada yüz illərlə yaşamış azərbaycanlıların köçürülməsini tələb etdilər. Bəhanə onu gətirdilər ki, guya xarici ölkələrdəki ermənilər kütləvi surətdə Ermənistana köçürlər və onları yerləşdirmək lazımdır.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırov bu məsələ ilə əlaqədar SSRİ dövlətinin başçısı İosif Stalinə etiraz edəndə Stalin üzünü bozardaraq demişdi :  “Bağırov, deyildi, qurtardı, get öz azərbaycanlılarını ordan yığışdır.” Ancaq xaricdəki erməni ailələri gətirilib yerləşdirildikdən sonra da yüzlərlə kənd boş qaldı.

Xarici ölkələrdən köçürülüb qondarma Ermənistana daşınan ermənilərin boşalmış azərbaycanlı ailələrin evlərinə yerləşdirilməsindən çox keçmədi ki, yer adları yenidən dəyişdirildi. Azərbaycanlıların izinin dədə-baba torpaqlarından silinməsi artıq dövlət səviyyəsində planlı qaydada həyata keçirilməyə başlandı. Tarixçi Vidadi İsayev “Bu köç hardan gəlir?” kitabında 1948-53-cü illər köçürülməsindən  ətraflı bəhs açaraq ermənilərin torpaqlarımızda necə at oynatdıqlarını qələmə alıb. Dərələyəz, Ələyəz, Zəngəzur və mahallardan əhalinin zorla köçürülməsi, dağların sərin iqlimində ömür sürən adamların dözülməz isti Mil, Muğan düzlərinə və aran rayonlarına sürgünü onların əksəri üçün faciə ilə nəticələndi. Sərt istilərə tab gətirməyən çox sayda qocalar və uşaqlar qızdırmadan dünyalarını dəyişdilər. Erməni zülmü isə davam etməkdə idi...

Həmin illərdə köçürülənlərdən indiyədək sağ qalanlar söyləyirlər ki, vəzifəli ermənilər azərbaycanlıları şərləyib tutdurur, üstünə “kulak”, “xalq düşməni”, “qolçomaq”, “kapitalizm ünsürü”, “pantürkist” və s. damğaları vurdurub soyuq Sibirə, Maqadana, Uzaq Şərqə, qısaca desək, “gedər-gəlməzə” göndərirdilər. Onlar bu yolla da azərbaycanlıların sayını azaltmağa və gizli məkrli planlarını həyata keçirməyə çalışırdılar.

Superhəyasız ermənilər 1992-ci ildə Şuşa şəhərini işğal edəndən dərhal sonra şəhərin adını dəyişərək “Şuşi” qoymuş, utanmadan öz xəritələrində də belə göstərmişdilər. Məkrli düşmənlərimiz hətta Ağdamın, Cəbrayılın, Xocalının, Kəlbəcərin, Füzulinin, Qubadlının da adlarını öz bildikləri kimi eybəcər adlarla dəyişmişdilər.

Təəssüf ki, bəzilərimiz Ermənistandakı şəhər və kəndlərimizin adını ermənilərin sonradan uydurduğu adlarla deyirlər. Bu qədər sadəlövh olmaq yaramaz, heç olmasa, doğma yerlərimizin adlarını olduğu kimi deməliyik ki, düşmənlərimiz onların toruna düşdüyümüzü düşünməsinlər. Arxayın olmamalıyıq ki, Azərbaycan Ordusu 44 günlük qalibiyyətli müharibə ilə hər şeyi həll etdi. Xeyr, düşmənlərimiz son dərəcə hiyləgər, həyasız, məkrli və inadcıldır. Onlar tibb elminə məlum olmayan “erməni xəstəliyi” ilə birgə doğulurlar. Bu xəstəliyin simptomları özgələrə məxsus ərazi qamarlamaq və türkə düşmənçilikdir. Onlar yaşadıqları yerlərdə qonşularına da öz murdar infeksiyalarını  yayamağa çalışırlar. Biz hər zaman qartalın və aslanın qonşulara boylanan başlarını və murdar iti caynaqlarını kəsməliyik. Bir gözü Azərbaycan, o biri gözü Türkiyə torpaqlarına zillənən qartal və aslan Ermənistanın gerbində təsvir olunsa da onlar heç birindən deyillər, ermənilərin əməlləri yalnız qorxaq və oğru olan tülkünün xarakteri ilə uyğun gəlir. Ata-babalarımız yaxşı deyiblər ki, itlə yoldaş olanın çomağı əlində gərək. Bizə o qalır ki, ağıllı məsləhətə daim əməl edək, onda başımız salamat olar.