“Qadın olsaydım, lezbiyan olardım”.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Fazilet hanım və kızları” serialanın yaraşıqlı aktyoru Çağlar Ertoğrul qonaq olduğu verilişdə deyib.
Qızların sevimlisi olan 30 yaşlı aktyor sosial şəbəkədə istifadəçilərin ona ünvanlandığı suallara cavab verib.
Aktyor bir pərəstişkarının “Qadın olsaydın, özündə hansı xüsusiyyətləri sevərdin” sualına verdiyi cavabla çaşqınlıq yaradıb. O, "Qadın olsaydım, lezbiyan olardım, yəqin ki. Çünki kişilərdə nə tapırsınız, anlamıram" , - deyə cavab verdi.