Dünən Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
“İki sahil” Qol.az-a istinadən xəbər verir ki, yarımfinalın ilk iştirakçısı Gəncədə məlum olub. "Kəpəz" öz meydanında "Keşlə"yə məğlub olub.
Günün digər matçında isə "Neftçi" "Zirə"ni qəbul edib İlk oyunda 0:1 hesabı ilə uduzan "ağ-qaralar" cavab görüşündə 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adını yazdırıb.
Qeyd edək ki, 1/4 finalın digər matçları bu gün keçiriləcək.
14 dekabr (cümə axşamı)
19:00.“Neftçi” – “Zirə” - 2:0
Qollar: Uqo Barqas, 37, Mirabdulla Abbasov, 45 2
Qırmızı vərəqə: Yovan Krneta, 90 5 ("Zirə")
İlk oyun - 0:1
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ziya Nəsirov
“Bakcell Arena"
15 dekabr (cümə)
16:00.“Səbail” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev
“Bayıl Arena”
19:00.“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov
“Kapital Bank Arena”
Yarımfinal cütlükləri
"Keşlə" / “Sumqayıt” – “Qarabağ”
“Neftçi” – "Səbail” – “Qəbələ”